oyk., mür. AR Göyçay r-nunun Potu i.ə.v.-də kənd. Şirvan düzündədir. R-nun ərazisində Şıxlı adlanan üç kəndi bir-birindən fərqləndirmək üçün onları Qubadlı Şıxlı, Mallı (Mollu) Şıxlı, Ulaşlı Şıxlı adlandırmışlar. Bu kəndlərdə vaxtilə Qarabağdan köçüb gəlmiş ailələr məskunlaşdığından oykonimin əvvəlinə müvafiq olaraq həmin kəndlərin adları (Mollu, Qubadlı, Ulaşlı) artırılmışdır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 25.