ABBASOV Elxan Məcid oğlu
(27.4.1947, Göycay ş.) – Azərb. Resp. Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun aparıcı elmi işçisi, texnika e.d. (2018), prof.
AZNKİ-nin Neftmexanika fakültəsini bitirib (1969). 1969-72 illərdə layların ayrı-ayrılıqda və eyni zamanda istismarı üzrə Xüsusi Konstruksiya Bürosunda ikinci dərəcəli konstruktor vəzifəsində çalışıb. 1972 ildə müsabiqə yolu ilə M.Əzizbəyov adına AZNKİ-nin Nəzəri Mexanika kafedrasında işə başlayıb və 1998 ilədək həmin kafedrada assistent, baş müəllim və dos. vəzifələrində çalışıb. Abbasov 1989 ildə Мoskva Dövlət Тexniki Universitetində “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisası üzrə “Boru kəmərinin və mayenin dinamikasını nəzərə alaraq pakerlərin hermetiklik qabilliyyətinin artırılması metodlarının işlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika ü.f.d. alimlik dərəcəsi alıb.