ABDULLAYEVA Təranə Məhəmməd qızı
(15.8.1966, Göyçay ş.) – filoloq alim, yazıçı-ədəbiyyatşünas, filologiya ü.f.d. (2007), dos. (2018), AYB-nin üzvü (2017), “Qızıl qələm” və “Vətənpərvər yazar” mükafatları laureatı.
Ədəbi yaradıcılığa Göyçayda orta məktəb illərində şeirlə başlamışdır. ADPU-nun Dil və ədəbiyyat fakültəsini bitirib (1987). “XX əsrin əvvəllərində Azərbaycan ədəbi-mədəni fikrində qərbçilik meyilləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (2007). “Azərbaycan ədəbi fikrində qərbçilik meyilləri – XX əsrin əvvəlləri” (2014), “Məhəmməd ağa Şahtaxtlı və Şərq” (2016), “M.Ə.Rəsulzadənin bədii yaradıcılığı” (2017), “Azərbaycan yazıçıları və Şərq” (2018), “Ədəbi düşüncələr” (2021) monoqrafiyalarının, “Sənsiz səninlə” (2007), “Ləmanlı günlərim” (2010), “Baharda düşən yarpaq” (2016), “Bir cüt çöyərçin” (2017), “Qırılıb tale güzgüsü” (2021), “Göyçayın Qarabağ sevdalıları” (2021) bədii-publisistik kitablarının müəllifidir.