BƏYDÖVÜL
oyk., mür. Azərb. Resp. Göyçay r-nunun Alpout i.ə.v.-də kənd. R-n mərkəzindən 48 km c.-ş.-də, Müsüslü d.y. st.-dan 8 km, Qaraməryəm-Müsüslü şose yolundan 5 km aralı, Şirvan düzündədir. Bəydəvil, Bədovil (1917), Bədövül (1961) variantlarında da işlənir. Bədo (Azərb. dilinlə 1. “qaçağan at”; 2. “pis iyli su”) və vil (yer, məkan, inzibati ərazinin bir hissəsi) sözlərindən düzəlib, “pis qoxulu suyu olan yer” mənasındadır. Azərb.-ın Şirvan zonasında yayılmış müalicəvi kükürdlü soyuq su obyektlərindən biri də kəndin ərazisində olduğu üçün belə adlanmışdır.
Mənbə: ASE. 10 cilddə, II cild, Bakı, 1978, s.139;
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 90.