BÜNYADOV Sabir Bünyad oğlu
(15.7.1933, Göyçay ş. – 27.8.1996, Bakı ş.) – texnika ü.f.d. (1967).
Bakı texnoloji maşınqayırma texnikumunu fərqlənmə ilə bitirib, Leytenant Şmidt adına (indiki Səttarxan adına) zavodda konstruktor, usta, sex rəisi, növbə rəisi işləyib. 1953-56 illərdə İsmayıllı r. İvanovka kənd MTS-in rəhbəri olub. 1956 ildə doğma zavoda qayıdıb. 1962 ildə M.Əzizbəyov adına Azərb. Neft və Kimya İnstitutunun (indiki Azərb. Dövlət Neft və Sənaye Universiteti) Neft-mexanika fakültəsini bitirib həmin zavodda ştanqa sexinin rəisi işləyib. 1976-82 illərdə Neft və Kimya İnstitutunda kafedra müdiri olub, 1962 ildə isə institutun xalq nəzarəti təşkilatının sədri seçilib. 1986-92 illərdə “Mühəndis qrafikası” fakültəsinin rəhbəri olub.
Məlumat V.Abdullayevdən alınıb.