BİLALOV Bahadur Ənvər oğlu
(11.12.1955, Göyçay r-nunun Bığır k.) – tarixçi alim, tarix ü.f.d. (1992), dos. (2008).
ADU-nun (hazırda BDU) Tarix fakültəsini bitirib. 1980-93 illərdə ADU-nun “Yeni və ən yeni tarix” kafedrasında laborant, baş laborant, müəllim kimi çalışıb. 1993-94 illərdə Azərb. Resp. Nazirlər Kabineti yanında Xarici Turizm Şurasının “Turizm işinin təşkili və xidmət” şöbəsinin müdiri, 1994–2001 illərdə Azərb. Resp. Xarici Turizm Şurası nəzdindəki “Azərtur” turizm müəssisəsində “Xarici turizmin təşkili” şöbəsinin rəisi, 2001-03 illərdə Azərb. Turizm Sənayesinin İnkişafı İttifaqında aparıcı mütəxəssis kimi fəaliyyət göstərib. 2003-06 illərdə Bakı Bədən Tərbiyəsi və Turizm Kollecində çalışıb. Uzun müddət ATMU-da “Turizm biznesi” kafedrasının müdiri və həmin kafedranın dosenti vəzifəsini tutub. Hazırda həmin universitetin “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanıdır. B.Bilalov Azərb.-da turizmin inkişafına yönəlmiş bir sıra layihələrin hazırlanmasında iştirak edib.