(1.11.1969, Göyçay r-nunun Potu k. – 15.8.1992, Füzuli r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
1986 ildə Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumuna (indiki Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci) daxil olub. Cəmi bir il sonra hərbi xidmətə çağırılıb. Sankt-Peterburq və Murmansk ş.-də xidmət edib. 1991 ildə texnikumu bitirən Şəmsi bir müddət sonra İnşaat kooperativində işə düzəlir. 1992 ilin martında könüllü olaraq Qarabağ cəbhəsinə yola düşür. O, bir çox döyüşlərdə iştirak edir. İlk ağır döyüşünü isə Goranboy ətrafında – Gülüstan və Sarısu k. keçirir. May–avqust ayları ərzində Xocavənd r-nunun bir sıra yerlərində, Füzuli r-nunun Qızıltala, Kuropatkino, Divanalılar, Üryandağ, Qırmızı Bazar, Yuxarı və Aşağı Veysəlli k. şərəfli döyüş yolu keçib. Avqust ayının 15-də son dəfə Yuxarı Veysəlli k. gedən ağır döyüşlərdə düşmənin atdığı mərmilər onların zirehli transportyorunu sıradan çıxarır. Yoldaşları ağır zədə alır. Şəmsi isə başından aldığı ağır yara nəticəsində həlak olur. Səhəri gün Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
Ətraflı oxu