MƏMMƏDOV Murad Qiyas oğlu
(1953, Bakı ş.) – virusoloq, tibb e.d. (1991), prof. (1998), RF Tibb Elmləri Akademiyasının akademiki (2004), Azərb. Əməkdar həkimi (2011).
Özbəkistan səhiyyəsinin tanınmış nümayəndələrindən biri olan həmyerlimiz Qiyas Məmmədovun oğludur. ATU-nun Müalicə profilaktikası fakültəsini bitirib (1976). Sonra SSRİ Tibb Elmləri Akademiyasının Elmi-Tədqiqat Poliomielit və Virus Ensefaliti İnstitutunun aspirantı olub (1980-84). Müsabiqə əsasında Azərb. Resp. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Radiologiya və Onkologiya İnstitutunun eksperimental terapiya laboratoriyasının müdiri (1985-88) və eksperimental terapiya şöbəsinin müdiri (1988-90) vəzifəsini icra edib. Hazırda Azərb. Resp. Milli Onkologiya Mərkəzi baş direktorunun elmi işlər üzrə müavinidir.