QƏHRƏMANOV Anar Vaqif oğlu
(1976, Göyçay ş. – 3.12.1995) – Birinci Qarabağ müharibəsi şəhidi.
Mənbə: T.Məhəmmədqızı. Göyçayın Qarabağ sevdalıları. Bakı, 2021, “Avropa” nəşriyyatı, s. 28.
">
(1976, Göyçay ş. – 3.12.1995) – Birinci Qarabağ müharibəsi şəhidi.
Mənbə: T.Məhəmmədqızı. Göyçayın Qarabağ sevdalıları. Bakı, 2021, “Avropa” nəşriyyatı, s. 28.
(5.4.1946, Göyçay ş.) – rabitə sahəsi üzrə tanınmış ekspert, texnika e.n. (1981).
A.Qəhrəmanzadə 1965 ildə Göyçay ş.-də 3 saylı rusdilli orta məktəbi gümüş medalla bitirib, həmin il AzPİ-yə (indiki AzTU) daxil olub və 1971 ildə telekommunikasiya mühəndisi kimi buranı bitirib.
1972 ildən Azərb. Resp. Rabitə Nazirliyi sistemində elmi-texniki informasiya mühəndisi, nazirliyin texniki şöbəsində böyük mühəndis, 1973 ildən isə nazirliyin Şəhər telefon şəbəkəsi şöbəsinin rəisi vəzifələrində çalışıb. 1974-77 illərdə Leninqrad Elektrotexniki Rabitə İnstitutunun aspiranturasında təhsil alıb.
(5.2.1977, Göyçay r-nunun Qaraməryəm k. – 18.8.1996) – Qarabağ şəhidi.
4.7.1995 ildə əsgər rütbəsində hərbi xidmətə çağırılmışdır. 18.8.1996 ildə şəhid olub. Doğulduğu k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(20.12.1968, Göyçay ş. – 6.4.1993, Laçın r-nu Suarası k.) – Birinci Qarabağ müharibəsi şəhidi.
Bakıdakı dənizçilik məktəbini bitirəndən sonra ilk hərbi xidmətini Qara dəniz sahillərində keçirib. Sonra Vətənə qayıdaraq 1992 ilin noyabrında cəbhəyə yola düşüb, 1993 ilin aprelində isə Suarası k. uğrunda gedən döyüşlərdə şəhid olub. Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(22.4.1952, Göyçay r-nunun Qarabaqqal k. – 27.3.2007, Göyçay r-nunun Qarabaqqal k.) – güləşçi, məşqçi-müəllim, SSRİ idman ustası (1979), klassik (Yunan-Roma) güləş üzrə SSRİ çempionu (1979), VII Respublika Spartakiadasının qalibi (1979).
B.Quliyev 1969 ildə orta məktəbi bitirmiş, 1971-72 illərdə Macarıstan Resp.-da hərbi xidmətdə olmuşdur. 1990 ildə ADBTİ-ni bitirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərb. Mübariz Müharibə Veteranları Birliyinin üzvü olmuşdur. İdmançı kimi bir çox uğurlar əldə etmişdir. Yeniyetmələr arasında Bakı ş. birinciliyində 1-ci (1970), Ümumittifaq Ehtiyat Əmək Qüvvələri Könüllü İdman Cəmiyyətinin yeniyetmələr arasında 1-ci Respublika Spartakiadasında 2-ci (1969), Ehtiyat Əmək Qüvvələri Könüllü İdman Cəmiyyətinin gənclər arasında X Spartakiadasında 1-ci (1970) yerləri tutmuşdur.
Məlumat A. Məmməddən alınıb.
(1925, Göyçay qəz. – 13.11.1943) – Böyük Vətən müharibəsi iştirakçısı.
Göyçay RHK.-dan оrduya çağırılıb. Sıravi əsgər. 228-ci аtıcı аlayında xidmət edib. Bеlarus Resp.-nın Qomel vilayətində dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Xatirə kitabı. 20 cilddə, VIII cild, Bakı, 2008, s. 200.
(1893, Göyçay qəz. Mallı-Şıxlı к.–26.3.1945) – Böyük Vətən müharibəsi iştirakçısı.
1942 ildə Göyçay RHK.-dan оrduya çağırılıb. Sıravi əsgər. 113-cü atıcı alayında xidmət edib. Polşa Resp.-nın Krakov voyevodalığında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Xatirə kitabı. 20 cilddə, VIII cild, Bakı, 2008, s. 218.
İlqar Əhmədoğlu (1.7.1956, Göyçay r-nunun Mallı-Şıxlı k.) – yazıçı-publisist, AYB (2010) və AJB-nin üzvü (1978).
ADU-nun (indiki BDU) Filologiya fakültəsinin axşam şöbəsini bitirib (1980). 1977-91 illərdə “Yazıçı” nəşriyyatında redaktor vəzifəsində işləyib, 1987 ildə keçmiş Almaniya Demokratik Respublkasında xidməti ezamiyyətdə olub. 30-dan çox kitabın nəşriyyat redaktorudur. Ukraynanın Lvov ş.-də Poliqrafiya İnstitutunda təhsil alıb. 1987 ildə Moskva ş.-də Ali zabitlər kursunu bitirib. İ.Quliyev 1991-92 illərdə Azərb. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini işləyib. 1992–2016 illərdə dövlət təhlükəsizlik orqanlarında xidmət edib. Azərb. sərhədləri milliləşən zaman o, həmin proseslərin iştirakçısı olub, hərbi jurnalist kimi onlarla məqalə, reportaj, sərhədlə bağlı, sərhədçilərin həyatından bəhs edən bədii, publisistik yazılar qələmə alıb. Xidmət etdiyi dövrdə fəxri fərman və medallarla təltif olunub.
(9.2.1936, Göyçay r. – 2.10.2001, Bakı s.) – bəstəkar, Əməkdar incəsənət xadimi (1992).
Bakı Musiqi Texnikumunu tar sinfi üzrə bitirmişdir (1958). ADK.-da Bəstəkarlıq fakültəsində (Q.Qarayevin sinfi) təhsil almışdır (1958-63). 1 opera (“Aldanmış ulduzlar”), 7 simfoniya, “Simfoniya-rekviyem”, “Rekviyem” əsərinin, kamera instrumental əsərlərin (“Muğamsayağı”), “Şəbi-hicran” vokal poemasının, “Üç portret” vokal silsiləsinin, fortepiano və b. əsərlərin müəllifidir. Musiqi tarixinə özünəməxsus dəst-xəti olan, istedadlı simfoniya ustası kimi daxil olmuşdur.
(1925, Göyçay qəz. – 29.9.1943) – Böyük Vətən müharibəsi iştirakçısı.
1941 ildə Göyçay RHK.-dan оrduya çağırılıb. Sıravi əsgər. 1363-cü аtıcı аlayında xidmət edib. Ukrayna Resp.-nın Zaporojye vilayətində dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Xatirə kitabı. 20 cilddə, VIII cild, Bakı, 2008, s. 260.