(9.5.1925, Göyçay ş. – 25.2.2012, Bakı ş.) – geoloq-neftçi, alim, prof., geologiya-mineralogiya e.d. (1977), Azərb. Resp. Əməkdar geoloqu (1982), prezident təqaüdçüsü (19.09.2006). Xəzər dənizinin akvatoriyasının neft və qazkondensat yataqlarının kəşfində bilavasitə iştirak etmişdir.
Orta məktəbi bitirdikdən sonra 1943 ilin iyun ayında könüllü şəkildə müharibəyə yollanıb. O, 77-ci diviziyanın tərkibində Melitopoldan Dnepr çayına kimi döyüşlərdə iştirak edib. 1943 ilin 23 dekabrında güllə yarası almış və 1944 il yanvarın 6-na kimi hərbi hospitalda müalicə olunmuşdur. Hospitaldan çıxandan sonra tank məktəbində oxumuş, I Belarus cəbhəsinin tərkibində döyüşlərə qatılmış, Minskdən Varşavaya qədər döyüşçü-tankçı yolunu keçmişdir.
Ətraflı oxu