Göyçay Şahmat Məktəbinin binası 1983 ildə istifadəyə verilib. 2014 ildən məktəbin Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı yenidənqurma işlərinə başlanılıb və açılışı 2015 il oktyabrın 6-da olub.
Ümumi sahəsi 360 kv.m olan birmərtəbəli məktəb binasında mansart tipli ikinci mərtəbə tikilib və məktəbin ümumi sahəsi 600 kv.m-ə çatdırılıb. Məktəbdə 10 dərs otağı, 300 və 100 nəfərlik iki yarış zalı və yardımçı otaqlar var.
Göyçay Xeyriyyə Cəmiyyəti (GXC) 1991 ildən fəaliyyətə başlamış, 1993 il 6 iyulda Azərb. Resp. Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. GXC yaşayış yerindən asılı olmayaraq, göyçaylıların xeyirxah məqsədlər daşıyan könüllü birliyi olmuş, cəmiyyət siyasi məqsədlər daşımamışdır. GXC Azərb. Resp. Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xeyriyyə cəmiyyətinin nizamnaməsi əsasında idarə edilmişdir. GXC idarə heyətinə aşağıda adları qeyd olunan ziyalılar seçilmişlər: Göyçaylı Şövqi sədr, Cəfərov Oqtay – müavin, Ağayev Ramiz – müavin, Səmədli Əli – müavin, Həsənov Səməd, Kərimov İnqilab, Həsənov Hüseyn, Eyvazov Zöhrab, Əliyev Ehtiram.
XX əsrin əvvəllərində Bakı quberniyasında ipək istehsalında irəliləyiş müşahidə olunurdu. Canlanma əsasən xaricdən gətirilən sağlam və məhsuldar barama toxumlarının hesabına idi. Azərb.-da istehsal olunan baramanın 85-90%-i Türkiyədən gətirilən ipəkqurdlarından hasil olunurdu. 1900 ildə Göyçay qəz.-na İstanbul firmaları olan “Levaş oğlu” 6500 qutu, Konstandimdis 5000, Kavumdis 2000, Damac firması 2500 qutu barama toxumu paylamışdı. Həmin il Göyçay qəz.-sında Türkiyədən gətirilmiş və Bağdad növü adlanan 20-25 qutu barama satılmışdı. Qeyd etmək lazımdır ki, bu növ barama toxumu həm ucuz başa gəlirdi, həm də yerli şəraitə tez uyğunlaşırdı.
Azərb.-da sufi xanəgahları sosial-siyasi, ideoloji mərkəzləri olan ziyarətgah binaları üzərində qalmış kitabələr orta əsrlər fəlsəfəsi tarixinin, təsəvvüfün öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Kitabələrə əsasən Azərb.-da sufi cəmiyyətləri, onların mərkəzləri, şeyxlərin adları, davamçıları aşkar edilir və həmin mərkəzlərin fəaliyyətinin xronoloji çərçivəsi müəyyənləşdirilmişdir. XV–XVII əsr kitabələrində bir sıra alim, şeyx, pir, təriqət başçıları, mədəniyyət xadimləri, vəzifə sahiblərinin adı çəkilir ki, bu da kənd toponimlərinin meydana çıxması ilə sıx bağlı olduğundan maraq doğurur. Sufilik Azərb.-ın bir çox ərazilərində geniş yayılmışdır. Onlardan biri də Göyçay r-nunun ərazisidir. Buna sübut olaraq Göyçay r-nunda da sufilik bağlı türbə və kənd adlarına rast gəlinir. Göyçayda Şıx Əmir, Şıx Nəsir, Pirkənd kimi eyniadlı toponimlər mövcuddur.
Mənbə: Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Azərbaycan Milli Ensiklopediyası NPB, Bakı, 2007.
Göyçayda çoxuşaqlı analara həmişə böyük ehtiram, məhəbbət olub, onlara hörmətlə yanaşılıb, xüsusi dəyər verilib. Doğrudur, Muğan və Masallı–Lənkəran bölgələri ilə müqayisədə Göyçayda çoxuşaqlı anaların sayı nisbətən az olmuşdur. Amma XX əsrin 80 illərinə kimi Göyçayda əksər ailələrdə uşaqların sayı 6-7 nəfər və daha artıq olmuşdur. Beş uşaqlı ailələr isə Göyçayda adi hal hesab edilirdi. Hər bir kənddə, əhalinin sayına uyğun olaraq, azı bir, çoxu isə on-on iki ananın on və daha artıq övladı vardı. Məlum olduğuna görə, 7 uşaqlı analar 3-cü dərəcəli, 8 uşaqlı analar 2-ci dərəcəli, 9 uşaqlı analar isə 1-ci dərəcəli “Analıq şərəfi” ordeni ilə təltif edilir, 10 və daha artıq uşaq dünyaya gətirib tərbiyə edən analar isə “Qəhrəman ana” fəxri adına layiq görülürdülər. “Sovet İttifaqı Qəhrəmanı”, “Sosialist Əməyi Qəhrəmanı” adlarına görə verilən imtiyaz və güzəştlər “Qəhrəman ana” adına layiq görülənlərə də şamil edilirdi.
(20.5.1935, Göyçay ş.) – alim, Azərb.da ekoloji təhsilin yaradıcılarından biri, coğrafiya e.d.(1987), prof.(1989), Əməkdar müəllim (2000).
1958 ildə ADU-nun Geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsini bitirmiş və 1960 ildə “İqtisadi coğrafiya” ixtisası üzrə aspiranturasına qəbul edilmişdir. 1965 ildə namizədlik, 1987 ildə isə Sankt-Peterburq Universitetində “Kənd əhalisinin məskunlaşması və onun yenidən qurulması” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1982 ildən BDU-da “Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə” kafedrasının (2015 ildən bu kafedra Coğrafi ekologiya kafedrası adlanır) müdiridir.