“Nar bayramı” ilk dəfə Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi və Göyçay r-n İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006 ildən başlayaraq mütəmadi olaraq keçirilir.
Tədbirdə bir sıra xarici ölkə səfirləri, habelə respublikadan kənarda yaşayan göyçaylı iş adamları da iştirak edirlər. Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında nar məhsullarından hazırlanmış şirələrə qonaq edilirlər.
Fəaliyyətinin ilk mərhələsində “Bakı quberniyası müsəlman əhalisi arasında savadı artıran cəmiyyət” də adlandırılıb. İlk nizamnamə layihəsi 1906 il avqustun 1-də təsdiq olunmuş, 1912 il oktyabrın 19-da bəzi əlavələr və dəyişikliklərlə ikinci dəfə qeydiyyatdan keçmişdir. Təsisçiləri İsmayıl bəy Səfərəliyev, Həsənağa Həsənov, Məmmədhəsən Hacınski, Əsədulla Əhmədov, Ağahüseyn Tağıyev, Əliağa Həsənov və Həsən Mustafayev idilər. “Nəşri-maarif”in idarə heyətinə 1906 il noyabrın 24-də keçirilən ilk seçkilərdə Hacı Zeynalabdin Tağıyev (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Ə.Əmircanov, H.Məlikov, M.Ə.Nəzirov (təftiş komissiyası), Ə.Ağayev, Ə.İ.Cəfərov, M.Əfəndiyev (katiblik), A.Tağıyev (xəzinədar) və 14 nəfər, o cümlədən İ.Məlikov, M.Muxtarov, Ə.Həsənov, Ə.Əhmədov, İ.Aşurbəyov, Q.Qarabəyli və başqaları fəxri və ömürlük üzvlər (H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarov, Y. Dadaşov və A.Tağıyev) seçildilər.
(21.9.2000, Göyçay r-nunun Üngütlü k. – 27.11.2020, Tərtər-Ağdərə istiqamətində) – Vətən müharibəsi şəhidi.
Göyçay ş. 1 saylı məktəbində təhsil alıb. Sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olub. 3.7.2019 il tarixdə həqiqi hərbi xidmətə çağırılıb. 13 oktyabr 2020 il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə həlak olub.
Ölümündən sonra Azərb. Resp. Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “Suqovuşanın azad olunmasına görə” (24.6.2021) və “Cəsur döyüşçü” (24.6.2021) medalları ilə təltif edilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
Məmmədov Namiq Hadi oğlu (4.7.1956, Göyçay ş.) – şair, filoloq, AYB-nin üzvü (2006).
1963 ildə birinci sinfə getmiş, 1973 ildə orta təhsilini başa vurmuşdur. 1973-78 illərdə AzPİ-nin Texnologiya mühəndisi fakültəsində təhsil almışdır. Gənc yaşlarından klassik ədəbiyyata, poeziyaya maraq göstərmiş, bir müddət şeirlər yazmışdır. İndiyədək iki kitabı çap olunmuşdur. Birinci kitab “Gördüm vəfasını 50 il ömrün” adlanır. Bu kitabda aşıq şeir formalarında – qoşma, təcnis, gəraylı və klassik üslubda yazdığı satirik qəzəlləri toplanmışdır.
Azərb. torpağının ən qədim nemətlərindən biridir. Narda həm həyat şirəsi, həm də günəş qaynağı var. Ona görə də xalq təbabətində narı min bir dərdin məlhəmi hesab edib, şəfa mənbəyi adlandırıblar.
Narın müalicəvi xassəsi qədim zamanlardan misirlilərə, assuriyalılara, yunanlara və romalılara məlum idi. Hələ 4 min il bundan əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər. Azərb. ərazisində onun öz vətəni, yurdu var. Qarabağda, Ağdamın yaxınlığında, Şirvan torpağında isə Göyçayda.
Mifoloji qaynaqlardan qəbul olunmasının nəticəsidir ki, birlik, bolluq və ölməzlik rəmzi daşıyan, çox vaxt da cənnət meyvəsi kimi dəyərləndirilən nar uzun əsrlərdir Azərbaycan təsviri və tətbiqi sənətində önəmli kompozisiya elementi kimi istifadə olunmaqdadır. Adı müqəddəs kitabımız “Qurani-Kərim”də çəkilən nara bədii-yaradıcı münasibət ilk olaraq ondan rəmzi-fəlsəfi məna daşıyıcısı olan naxış elementi kimi istifadədən başlamış, sonradan ona maraq tablolarda və qrafik lövhələrdə ifadəsini tapmış, ən nəhayət, dekorativ-tətbiqi sənətdə və heykəltəraşlıqda ilham qaynağına çevrilmişdir. Orta əsrlərə aid olan “Vərqa və Gülşa” (XIII əsr) əlyazmasına çəkilən çoxsaylı miniatürlərin arasında nar ağacı təsvirinin yer alması da sirr qatına çevrilmiş bu meyvəyə qədim dövrlərdən yaradıcı marağının mövcudluğunu təsdiqləyən faktdır. Sonrakı əsrlərdə yaradılan miniatür üslublu əsərlərdə də nar təsvirinə rast gəlinir.
(14.9.1933, Göyçay r-nunun Cəyirli k.) – mühəndis-mexanik.
1939-46 illərdə yeddiillik kənd məktəbində təhsil alıb. Oranı bitirdikdən sonra Göyçay ş.-də yeni açılmış Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Texnikumuna qəbul olub, 1949 ildə texnikumu fərqlənmə diplomu ilə bitirib və bu səbəbdən həmin ildə imtahan vermədən Azərb. Kənd Təsərrüfatı İnstitutunun Mexanikləşdirmə fakültəsinə daxil olub. 1954 ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Göyçay r-nu Qaraməryəm MTS-ə göndərilmiş və orada sahə mexaniki, nəzarətçi mexanik, emalatxana müdiri və baş mühəndis vəzifələrində çalışıb.
(10.1.1952, Göyçay r-nunun Çərəkə k. – 13.5.2016, Göyçay r-nunun Çərəkə k.) – Əməkdar müəllim (2010).
Nəbiyev 1968 ildə Göyçay r-nunun Çərəkə k. orta məktəbini bitirib. 1968-72 illərdə APİ-nin Riyaziyyat fakültəsində təhsil alıb. 1972-74 illərdə Çərəkə k. natamam orta məktəbində müəllim işləyib. 1974-75 illərdə hərbi xidmətdə olub. 1975-76 illərdə Çərəkə k. natamam orta məktəbində müəllim, 1976-92 illərdə direktor işləyib. 1992 ildə Göyçay r-n Təhsil Şöbəsində metodiki mərkəzin direktoru vəzifəsinə təyin olunub. 1994 ilin sentyabr ayında R-n Təhsil Şöbəsinin müdiri vəzifəsinə irəli çəkilən Nəbiyev 20 ildən artıq – 2015 ilin mart ayına kimi həmin vəzifədə işləyib.
(28.9.1972, Göyçay r-nunun Şəkər k. – 23.1.1994, Füzuli r-nunun Horadiz qəs.) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbini bitirəndən sonra Bədən Tərbiyəsi Texnikumuna daxil olub. Texnikumu bitirəndən sonra bir müddət kənd orta məktəbində müəllim kimi fəaliyyət göstərib. Daha sonra torpaqlarımızın erməni işğalından müdafiəsi üçün cəbhə bölgəsinə yollanıb. Burada bölük komandiri kimi fəaliyyət göstərən Coşqun Füzuli r-nunun Əhmədalılar k. ətrafında ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb. Doğulduğu k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.