MƏMMƏDOVA Samirə Məhəmməd qızı
(22.10.1979, Göyçay r-nunun Ulaşlı Şıxlı k.) – filoloq alim, filologiya ü.f.d. (2010).
1986-97 illərdə E.Seyidov adına Ulaşlı Şıxlı k. orta məktəbində təhsil alıb. 1997–2001 illərdə BDU-nun Filologiya fakültəsinin bakalavr pilləsində “Filologiya – Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. 2001-03 illərdə BDU-nun magistratura pilləsində “Ədəbi tənqidin nəzəriyyəsi və tarixi” ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. 2005-08 illərdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əyani doktorantı olub. 2010 ildə “Azərbaycan Cümhuriyyətinin bədii nəsrdə təcəssümü” mövzusunda dissertasiya müdafiə edib filologiya ü f.d. elmi dərəcəsi alıb.