ƏLİYEV Nihad Əmirəli oğlu
(25.8.1986, Göyçay ş.) – rəssam, Almaniya Beynəlxalq Ədəbiyyat, İncəsənət və Kommunikasiya Akademiyasının həqiqi üzvü (2022), Şimali Amerika YB-nin üzvü, Azərb. Rəssamlar İttifaqının üzvü (2020).
UNEC-də Dünya İqtisadiyyatında İnformasiya Texnologiyaları ixtisası üzrə təhsil alıb (2007). İqtisadiyyat və kompüter proqramları üzrə elmi bilgilərə malikdir. Sonrakı fəaliyyətini rəssam kimi davam etdirib. Əsasən portretlər, kompozisiya əsasında portretlər və tarixi mövzulara aid rəsm əsərləri üzərində çalışan Əliyev bir çox resp. və beynəlxalq sərgilərdə və müsabiqələrdə iştirak edib. Dünyanın 30-dan çox dövlətində, o cümlədən ABŞ, Türkiyə, Pakistan, Rusiya, İtaliya, Almaniya, Fransa, İngiltərə, Hollandiya, Norveç, Yunanıstan, Macarıstan, Hindistan, İndoneziya, Avstraliya, Braziliya, Suriya, Əlcəzair və s. ölkələrdə keçirilən beynəlxaq sərgi, müsabiqə və forumlarda iştirak edərək uğurlar qazanıb, diplomlara, fəxri fərmanlara, sertifikatlara, mükafatlara və təltiflərə layiq görülüb.