ÇƏRƏKƏ
oyk., sadə. Azərb. Resp. Göyçay r-nunda kənd. Çərəkə i.ə.v.-nin (Çərəkə, Cəyirli, Çərəcə k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 12 km c.-da, Şirvan düzündədir. Kəndin ərazisi keçmişdə örüş yeri olduğundan belə adlandırılmışdır. Əh. 3752 (2011); heyvandarlıq və əkinçiliklə məşğuldur. 2 tam orta məktəb, tibb məntəqəsi, klub, kitabxana, poçt, ATS var.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 136;
ASE. 10 cilddə, X cild, Bakı, 1987, s.341;