MUSAYEV Elmar Rasim oğlu
(20.6.1971, Bakı ş.) – həkim, tibb ü.f.d. (2008), RF EA-nın prof. (2016), RF EA-nın müxbir üzvü (2019).
Əməkdar həkim Ənvər Musayevin nəvəsi, tibb ü.f.d. Rasim Ənvər oğlu Musayevin oğludur.
1987-93 illərdə ATU-da təhsil alıb. 1993-99 illərdə Rusiyada Bloxin adına Onkoloji Mərkəzdə internaturanı, ordinaturanı və aspiranturanı bitirib. 1999 ildə dissertasiya müdafiə edərək tibb ü.f.d. alimlik dərəcəsi alıb. 2008 ildə doktorluq dissertasiyasını müdafiə edib. 2006 ildən yeni yaradılan Moskva Onurğa Cərrahiyyəsi İnstitutuna rəhbərlik edir. 2017 ildə Azərb. Resp. Prezidenti İlham Əliyevin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2019 ildə Rusiya EA-nın müxbir üzvü seçilib. 90 elmi əsərin, 4 monoqrafiyanın müəllifidir. Musayev 2 yeni kəşf üçün patent alıb. Hal-hazırda Bloxin adına Onkologiya İnstitutunda və Seçenev adına Universitetin Onkologiya kafedrasında elmi fəaliyyətini davam etdirir.
Məlumat A.Məmməddən alınıb.