(28.2.1913, Göyçay ş. – 19.12.1990, Bakı ş.) – nasir, dramaturq, ssenarist, tərcüməçi, AYB-nin üzvü (1938), Azərb.-ın Xalq Yazıçısı (1987), Azərb. SSR Əməkdar incəsənət xadimi (1963).
Göyçayda ibtidai məktəbi bitirdikdən sonra Bakıda N.Nərimanov adına Sənaye Texnikumunda təhsil alıb (1926-31), eyni zamanda Azərb. Neft İnstitutunda iki il qiyabi təhsil alıb. Bakıda mexaniki zavodda energetika və elektrikləşdirmə idarəsində texnik, Azərb. Neft İnstitutu nəzdində Elmi-Tədqiqat İnstitutunda texnik.-elektrik işləyib (1931-34). Sonradan fəaliyyətini ədəbi yaradıcılığa həsr edən Məmmədxanlı Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi (1934-36), Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim (1936-38), “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi (1941-42), ssenari redaksiya heyətinin baş redaktoru (1946-64) işləmiş, İkinci Dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində “Qızıl Ordu” cəbhə qəzetinin Azərb. redaksiyasının xüsusi müxbiri olub. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilmişdir. 1942 ilin axırlarında bir qrup Azərb. yazıçısı ilə Şimali Qafqaz cəbhəsində 416-cı diviziyada olmuşdur. Bakıda Azərb. Radio Verilişləri Komitəsində redaktor kimi çalışmışdır. Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilmişdir. Məmmədxanlı Təbrizdə nəşr olunan “Vətən yolunda” ordu qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışmış, ordudan tərxis ediləndən sonra “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olmuşdur.
Ətraflı oxu