(20.2.2003, Tula ş., RF.) – kikboksinq üzrə idman ustası (2021), Rusiya və Avropa çempionu, Tayboks üzrə idman ustalığına namizəd (2017).
Əslən göyçaylıdır. Bu günədək 100-dən artıq döyüş keçirib. Bir sıra mötəbər yarışlarda uğurla çıxış edib. Rusiyada 2017 ildə keçirilmiş Birlik kuboku uğrunda yarışlarda ikinci, 2019 ildə keçirilmiş Qafqaz kuboku uğrunda yarışlarda üçüncü yeri tutub, 2020 ildə keçirilən Ağ canavar kuboku, 2020-21 illərdə keçirilmiş Varyaq kuboku, 2020 ildə keçirilmiş Georgi Pobedonosets kuboku uğrunda keçirilən ümumrusiya yarışlarının, habelə 2021 ildə Xorvatiyada keçirilən kikboksinq üzrə Avropa kuboku uğrunda yarışların qalibi olub.
148 il əvvəl – 1875 ilin iyul ayının 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə böyük maarifçi naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərb. Milli mətbuatı şərəfli yol keçmiş, yarandığı ilk gündən qabaqcıl ideyaların – maarifçiliyin, milli azadlıq ideyalarının, demokratik fikrin carçısı olmuş, cəmiyyətin inkişafında, mənəvi, siyasi, əxlaqi təkamülündə müstəsna rol oynamışdır. Azərbaycan mətbuatının bünövrəsini qoyarkən, “Əkinçi” qəzetini yaradarkən Həsən bəy Zərdabi nə düşünürdü, mətbuatdan nə gözləyirdi, mətbuatın qarşısında duran vəzifənin nədən ibarət olduğunu necə açıqlayırdı? Bu sualların cavabını onun öz sözlərində axtarmaq lazımdır. Böyük maarifçi yazırdı: “Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxucularından birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olması aşkar olar”. Həsən bəy Zərdabi Göyçay qəz.-nın Zərdab k. doğulduğu, həyatının müəyyən dövrü burada keçdiyi üçün onun Göyçayda yaşayan mütərəqqi fikirli insanlarla, ziyalılarla əlaqəsi olmuş, “Əkinçi” qəzeti Göyçayda da yayılmış və oxunmuşdur. Göyçaylıların mətbuatla, qəzetlə ilk yaxından tanışlığı, heç şübhəsiz ki, “Əkinçi”dən başlayır. Təbii ki, Göyçay qəza mərkəzi olduğuna görə qəza idarəsinin başçıları, orada işləyən məmurlar əsasən ruslardan ibarət idi və həmçinin orada qeyri millətlərin rusdilli nümayəndələri də fəaliyyət göstərirdilər. Onlar rus dilində qəzet və jurnallar alırdılar və həmin nəşrləri qəza idarəsində çalışan azərbaycanlılar da əldə edib oxuyurdular.
(1.8.1986, Göyçay ş. – 6.10.2020, Tərtər-Ağdərə istiqamətində) – Vətən müharibəsi şəhidi.
21.9.2020 il tarixdə hərbi təlimlərə cəlb edilib. 26 oktyabr 2020 il tarixdə Talış–Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Göyçay r-nunun Alpout k.-də dəfn edilib.
Ölümündən sonra Azərb. Resp. Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020) və “Laçının azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif edilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(16.12.1932, Göyçay r-nunun Alpoud k. – 8.5.2010, Göyçay ş.) – texnika ü.f.d. (1986).
1950 ildə orta məktəbi bitirib, həmin ildə də Gəncə Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU) Mexanika fakültəsinə daxil olub. 1955 ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib. Göyçay r-nunda R-n Texnika Birliyində növbətçi mexanik kimi ilk əmək fəaliyyətinə başlayıb (1955). 1956 ildə Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumunda (indiki Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci) əvvəlcə dərs hissə müdiri, sonra isə direktor vəzifəsində işləyib.
(15.4.1948, Ucar ş.) – pedaqoq, fizika-riyaziyyat ü.f.d. (1984), Əməkdar müəllim (2015).
BDU-nun Fizika fakültəsini fizika müəllimliyi ixtisası üzrə bitirib (1970). Sonra r-da pedaqoji fəaliyyətə başlayıb. 1970–2020 illərdə Göyçay ş. 9 və 2 saylı orta məktəblərdə fizika fənnini tədris edib. 1987 ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində SSRİ müəllimlərinin təkmilləşdirilməsi kursunu bitirib. 1990 ildə onun müəllimlərə və abituriyentlərə yardım məqsədilə yazdığı “Elementar fizika” kitabı “Maarif” nəşriyyatı tərəfindən çapdan çıxıb. 2018 ildə isə həmin kitabın yenidən işlənmiş ikinci nəşri işıq üzü görüb. Mikayılov 20-dən çox elmi və metodiki məqalənin müəllifidir. O, 2008 ildə Göyçay R-n İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif olunub. “Tərəqqi” medalı (2010) və SSRİ maarif əlaçısı (1983) adına layiq görülüb.
(6.12.1958, Göyçay r-nunun Mollahacılı k. – 11.12.1993, Beyləqan r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Qızılağac k. orta məktəbini bitirdikdən sonra Ukraynanın Dnepropetrovsk Metallurgiya İnstitutuna qəbul olub və buranı qırmızı diplomla bitirib. “Azərbaycan Boru Prokat” zavodunda iqtisadi təhlil laboratoriyasının müdiri vəzifəsində çalışıb. Ehtiyatda olan zabit kimi orduya çağırılıb. Beyləqan r-nunun müdafiəsi zamanı şəhid olub. Doğulduğu Mollahacılı k.-də torpağa tapşırılıb.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(2.2.1980, Göyçay ş.) – pedaqoq, Əməkdar müəllim (2022).
BDU-nun Tarix fakültəsini bitirib (1999). Sonra ixtisası üzrə müəllim kimi Göyçay ş. 5 saylı orta məktəbdə fəaliyyətə başlamışdır. Dərs dediyi şagirdlər tarix fənni üzrə fənn olimpiadalarında uğurla iştirak edir, ali məktəblərə qəbul zamanı yüksək nəticələr əldə edirlər. Səmərəli fəaliyyətinə görə dəfələrlə fəxri fərmanlar almışdır.
Mir İsmayıl Ağa ocağı adı ilə tanınan bu ziyarətgah r-n qəbiristanlığı ərazisində yerləşir. Bu qəbir 1880–1974 illərdə yaşamış Mir İsmayıl Mir Mövsüm Ağa oğluna aiddir. Bu qəbrin yanında nar ağacı əkilmiş, qəbrin üzərində ağ dəmirdən günbəz inşa edilmişdir. Bu ocağa adətən, övladı olmayanlar gəlirlər. Yerli sakinlərin inancına görə, ziyarətgaha gələn insanlar həmin nar ağacına parça bağlayır və həmin qəbrin üzərində şam yandırırlar.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu“, 2014, s. 111.
oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. R-n mərkəzindən 20 km c.-ş.-də, Şirvan düzündədir. Əsl adı Murtu olmuşdur. Təklə tayfasının murtu tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnooykonimdir.
Mənbə: ASE. 10 cilddə, VII cild, Bakı, 1983, s. 14;
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 108.
Məscid XIX əsrin əvvəllərində Şərif Əfəndinin babası Qədir Əfəndi tərəfindən öz həyətində tikdirilmişdir. Həmin məscidin yanında mədrəsə olmuşdur. İnqilabdan sonra bolşeviklər tərəfindən həmin məscid yandırılmışdır. Hal-hazırda k.-də yeni bir məscid vardır.
Məscid k.-in mərkəzinə yaxın ərazidə yerləşir. Bu məscid Şıx Nəbi məscidi adlanır. Məscid 1998 ildə İslam İrsinin Dirçəliş Cəmiyyəti tərəfindən tikilmişdir.