SOLTANOV Fərid Rafael oğlu
(14.6.1988, Bakı ş.) – diplomat.
Orta təhsilini M.Şəhriyar adına 193 saylı tam orta məktəbdə alıb (1994-2005). 2005-11 illərdə BDU-nun beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb. 2008-09 illərdə Fransada Lion Siyasi Elmlər İnstitutunun siyasi elmlər ixtisası üzrə bakalavr təhsili alıb. 2011-14 illərdə BDU-nun beynəlxalq münasibətlər ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə ilə) alıb. 2022 ildən Azərb. Resp. Prezidenti yanında DİA-nın “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistratura pilləsinin tələbəsidir. 1.11.2012 – 31.1.2013 illərdə AR XİN-də Birinci Ərazi (qərb) İdarəsinin referenti, 1.2.2013 – 31.3.2015 illərdə Birinci Avropa idarəsinin attaşesi (XİN), 1.4.2015 – 31.1.2018 illərdə Birinci Avropa İdarəsinin üçüncü katibi (XİN), 1.2.2018 – 30.9.2018 ildə Birinci Avropa İdarəsinin ikinci katibi (XİN), 1.10.2018 – 30.12.2021 illərdə Azərb.-ın Fransa Resp.-dakı Səfirliyində ikinci katib (siyasi məsələlər) vəzifələrində çalışıb. 2021 ildə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib. 2022 ildən Avropa İdarəsinin birinci katibidir.
Məlumat F.Soltanovdan alınıb.