ABDULLA Faruq
Əfəndiyev Abdulla Musa oğlu (24.4.1907, Göyçay r-nunun Potu k. – 1944, Taqanroq ş. ətrafında) – şair, tərcüməçi, AYB-nin üzvü (1934).
8 yaşında əmisi, müəllim Əbdulkərim Əfəndiyevin himayəsinə keçən kiçik Abdulla ondan tərbiyə alıb. 1917-21 illərdə ilk təhsilini burada aldıqdan sonra Bakı Müəllimlər Seminariyasını, daha sonra ADU-nun İctimai-tarix fakültəsini bitirir. Göyçay r-nunda pedaqoji fəaliyyətə başlayır, sonra Bakı məktəblərində, ADU-nun hazırlıq kurslarında müəllimlik edir, ictimaiyyət fənnindən dərs keçir. Еlə bu dövrdə öz şеir və məqаlələri ilə fəаl çıхış еdən А.Fаruq yеni həyаt qurаn əməkçiləri аlqışlаyırdı. 1930 ildə Moskvaya Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasına göndərilir, ailə vəziyyəti ilə əlaqədar olaraq bir ildən sonra Azərb. Dövlət Elmi-Tədqiqat İnstitutuna köçürülüb təhsilini burada davam etdirir (1931-32).