QARAQUŞ DAĞI
oyk., sadə. Göyçay r-nu ərazisində dağ. Bu dağ Şahsoltanlı k.-dən c.-ş.-dədir.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 31.
">
oyk., sadə. Göyçay r-nu ərazisində dağ. Bu dağ Şahsoltanlı k.-dən c.-ş.-dədir.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 31.
oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Mırtı i.ə.v.-də kənd. Şirvan düzündədir. Əsası Qara Xıdır adlı şəxs tərəfindən qoyulduğu üçün kənd belə adlandırılmışdır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 27.
XX əsrin əvvəllərinə aid tarixi memarlıq abidəsi. 1908 ildə inşa edilib. Məscid 1927 ildə bağlanmış, 1944 ilin aprel ayında Zaqafqaziya Müsəlmanları Dini İdarəsi yenidən yaradıldıqdan sonra fəaliyyəti bərpa edilmişdir, sonra təsərrüfat məqsədləri üçün istifadə edilmiş, müstəqilliyin ilk illərində bərpasına bir sıra cəhdlər edilmişdir. Nəhayət, 2017 ildə iş adamı Elxan Yaqubovun şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə yenidən tikilib dindarların istifadəsinə verilmişdir. Məscid Şirvan memarlıq xüsusiyyətlərini özündə etiva etməklə, 266 kv.m ibadət zalından ibarət olmaqla ikimərtəbəlidir. Minarəsinin hündürlüyü 32 m, geniş həyətə və 300 kv.m mərasim zalına malikdir.
Mənbə: https://www.qafqazislam.com
oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Qaraməryəm i.ə.v.-də kənd. Bozdağ silsiləsinin ətəyindədir. Digər keçmiş adı Qurdkəndi olmuşdur. Türkdilli qurd tayfasının adındandır. Kənd bu tayfaya mənsub ailələrin Qarayazı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. 2 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 38.
Qarayazı k.-də dini abidə olaraq yeni inşa edilmiş böyük bir məscid vardır. Kənd sakini 72 yaşlı E.Əmirovun dediklərinə görə, bu məscidin yerində XIX əsrdə tikilmiş məscid olub. Məscid yararsız vəziyyətə düşdüyünə görə söküldü və 1990 ildə həmin yerdə kənd camaatının topladığı vəsait hesabına yeni məscid tikildi.
(17.7.1958, Göyçay ş.) – şair, yazıçı, tərcüməçi, AYB-nin üzvü (1996).
Göyçay ş. 1 saylı orta ümumtəhsil məktəbini (1975), BDU-nun Filologiya fakültəsini (1985), Jurnalist Sənətkarlığı İnstitutunu (1987) bitirib. 1976-78 illərdə hərbi xidmətdə olub. 1979-89 illərdə AMEA-nın “Sovetskaya türkologiya” elmi-kütləvi jurnalında işləyib. 1989-94 illərdə AMEA-nın “Elm” və “Tarix” qəzetlərində, Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində, “ABS” və “Cümə” müstəqil nəşrlərində çalışıb. 1994-96 illərdə “Yol” ədəbi qəzetinin və “WEEK-END” həftəliyinin redaktoru, Azərb. Tərcümə Mərkəzinin nəşriyyat redaksiyasının baş redaktoru olub. 1996-99 illərdə Azərb. Resp. Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 1999-2014 illərdə “Antinarkotizm” Beynəlxalq elmi-analitik Mərkəzin direktoru və “Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti” ictimai birliyinin sədri vəzifələrini icra edib. 2014 ildən Azərb. Resp. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Dünya ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışır. “Tənhalıq” (2008), “Poetik silsilələr toplusu” (2011), “Sonuncu korifey” (2022) kitablarının müəllifidir. F.Kafka, Q.Markes, E.Heminquey, U.Folkner, A.Kamyu, P.Modiano, M.Lermontov, O.Suleymenov, A.Voznesenski və digər bir çox görkəmli ədiblərin əsərlərini tərcümə etmişdir.
Məlumat M.Qarayevdən alınıb.
(11.2.1926, Göyçay r-nunun Ləkçıplaq k. – 27.11.1982) –şərqşünas alim, filologiya ü.f.d. (1971).
ADU-nun (indiki BDU) Şərqşünaslıq fakültəsini bitirib, ömrünün sonuna kimi AMEA-da müxtəlif vəzifələrdə işləyib. Qarayev 1960-66 illərdə Respublika Əlyazmalar Fondunda (indiki Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu), 1966-72 illərdə Nizami adına Ədəbiyyat İnstitutunda işləyib. Qarayev 1971 ildə “XIX əsr Azərbaycan ədəbi məclisləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
(1.7.1973, Göyçay ş. – 1.1.1994, Ağdam r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Əsgər rütbəsində hərbi xidmətə çağırılıb. 1.1.1994 il tarixdə şəhid olub. Göyçay ş.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
(8.12.1963, Göyçay ş.) – riyaziyyat ü.f.d.
BDU-nu bitirib (1985). Elmi fəaliyyəti dövründə Banax fəzasında sonsuz defektə malik sistemin bazisliyi üçün kriteriya vermiş və kafi şərtlər tapmışdır. Multiplikator dilində həyəcanlanmış eksponent sistemə və sinus, kosinus sistemlərinə nəzərən “1/4-Kadets” teoreminin Lp-analoqunu tapmışdır. Sinus-kosinus tipli sistemlərin çəkili Lebeq fəzalarında bazislik xassələri arasında əlaqələr vermişdir. Hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışır.
Mənbə: https://science.gov.az
(1932, Göyçay r-nunun Alxasava k.) – pəhləvan, Azəb. Çempionu.
Gənc yaşlarından fiziki gücü ilə yaşıdlarından fərqlənib və pəhləvan kimi tanınmağa başlayıb. 17 yaşında Göyçay idman klubuna dəvət edilib, klubunun sədri Hətəm Abuşalamovun rəhbərliyi ilə bir həftəlik təlim-məşq toplantısında iştirak etdikdən sonra 1950 illərdə Xankəndidə keçirilən Azərb. çempionatında Göyçay komandasının tərkibində çıxış edib və öz çəki dərəcəsində birinci yeri qazanıb. Sonrakı illərdə Bakıda və respublikanın digər yerlərində keçirilən yarışlarda iştirak edib və qələbə qazanıb. Göyçaylı olan Çingiz pəhləvan və Eldar pəhləvanla bir neçə yarışlarda iştirak edib.