MÜSKÜRLÜ
oyk.,sadə. Azərb. Resp. Göyçay r-nunun Yeniarx i.ə.v.-də kənd. Şirvan düzündədir.Yaşayış məntəqəsi Göyçay qəz.-da yaşamış müskürlü tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənd Molla Qədim adı ilə də tanınır. Müskürlü etnonimi Azərb.-ın şm.-ş.-ində, Vəlvələçayla Samur çayı arasındakı Müşkür düzünün adından yaranmışdır. Müskürlü Müşkür düzündə qədimdə yaşamış ellərin ümumi adı olmuşdur. Müşkür isə “qışlaq” mənasındadır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 125.