QULİYEV Böyükağa Əhməd oğlu
(22.4.1952, Göyçay r-nunun Qarabaqqal k. – 27.3.2007, Göyçay r-nunun Qarabaqqal k.) – güləşçi, məşqçi-müəllim, SSRİ idman ustası (1979), klassik (Yunan-Roma) güləş üzrə SSRİ çempionu (1979), VII Respublika Spartakiadasının qalibi (1979).
B.Quliyev 1969 ildə orta məktəbi bitirmiş, 1971-72 illərdə Macarıstan Resp.-da hərbi xidmətdə olmuşdur. 1990 ildə ADBTİ-ni bitirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərb. Mübariz Müharibə Veteranları Birliyinin üzvü olmuşdur. İdmançı kimi bir çox uğurlar əldə etmişdir. Yeniyetmələr arasında Bakı ş. birinciliyində 1-ci (1970), Ümumittifaq Ehtiyat Əmək Qüvvələri Könüllü İdman Cəmiyyətinin yeniyetmələr arasında 1-ci Respublika Spartakiadasında 2-ci (1969), Ehtiyat Əmək Qüvvələri Könüllü İdman Cəmiyyətinin gənclər arasında X Spartakiadasında 1-ci (1970) yerləri tutmuşdur.
Məlumat A. Məmməddən alınıb.