SSRİ ALİ SOVETİNDƏ AZƏRBAYCAN SSR-Nİ TƏMSİL EDƏN GÖYÇAY SEÇKİ DAİRƏSİNDƏN SEÇİLMİŞ DEPUTATLAR
İttifaq Sovetinə hər 300 min əhaliyə bir millət vəkili seçilirdi, Millətlər Sovetinə isə hər İttifaq Resp.-dan 32 millət vəkili, hər MR-dən 11 millət vəkili, hər muxtar vilayətdən beş millət vəkili və hər milli bölgədən bir deputat seçilirdi.
Deputatlar 4 il müddətinə gizli səsvermə ilə və birbaşa seçkilərlə seçilirdilər. SSRİ Ali Sovetinin deputatı hər bir vətəndaş (23 yaşa çatmış) seçilə bilirdi. İttifaq və Millətlər Soveti deputatları bərabər sayda idi.