İSMAYILOV Nəsir Nəsirullah oğlu
(1891, Göyçay qəz. Bığır k. – 1969, Göyçay r-nunun Bığır k.) – Əməkdar müəllim (1955).
İsmayılov Qori seminariyasında təhsil alıb. 1930 ildə Göyçayın Bığır k. məktəbinin (hazırda 3 saylı məktəb) əsasını qoyub. Böyük Vətən müharibəsinin (1941-45) iştirakçısı olub. Mozdok ətrafında gedən döyüşlərdə ağır yaralanaraq, ordudan tərxis olunub. Doğma kəndinə qayıtdıqdan sonra yenidən pedaqoji fəaliyyətini davam etdirib. Onun fəaliyyəti yüksək qiymətləndirilib. Görkəmli maarifçi SSRİ Ali Sovetinin qərarı ilə 1955 ildə “Lenin” ordeni ilə təltif olunub və ona Əməkdar müəllim fəxri adı verilib. Azərb. Resp. Nazirlər Kabinetinin 1991 il 12 sentyabr tarixli 306 saylı qərarı ilə Göyçay r-nunun Bığır k. məktəbinə N.İsmayılovun adı verilib.
Məlumat R.Məmmədovdan alınıb.